Futbol üzrə Azərbaycan birinci divizionunda 16-cı tur başa çatıb.

Offsideplus.az  xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.

“Zaqatala” azlıqda olmasına baxmayaraq, “Səbail-2”ni məğlub edib. MOİK isə "evdə" “Zirə-2”yə qalib gəlib.

Birinci Divizion
16-cı tur

2 mart

Zaqatala – Səbail-2 3:2
Qol: Aleksandr Şemonayev, 2. Roini İsmayılov, 22. Xəlil Bəşirov, 75 – Rasim Hasanov, 49. Elməddin Qurbanlı, 57.
Qırmızı vərəqə: Vüsal Şabanov, 41 (Zaqatala)
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Əli Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30

MOİK – Zirə-2 2:0
Qol: Əli Əliyev, 20. Rafael Qavami, 31.
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Səbuhi Soltanov, Cavid Cəlilov
Binə qəsəbə stadionu, 14:30