"Qarabağ" klubunun futbolçusu Kadi Borges UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə Bakıda keçirdikləri matç (0:3, ümumi hesab 1:6) haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özünün İnstaqram hesabında paylaşım edib.

"Sambaçı" bildirib ki, Ağdam təmsilçisini təkcə komanda adlandırmaq çox azdır: "Bu komanda ilə fəxr edirəm. Biz həm də bir ailəyik. "Marsel"lə oyunda bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Stadionun dolu olduğunu görmək həyəcanlı idi. Daha yaxşı günlər qabaqdadır".