Azərbaycan Birinci Divizionunda 15-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Gəncənin “Kəpəz” komandası doğma meydanda “Qaradağ Lökbatan”ı məğlub edib. MOİK isə “Səbail-2” ilə görüşdən məğlub ayrılıb.

Turun qalan oyunları bu gün keçirilib. “Turan Tovuz” doğma meydanda “Zaqatala”ya uduzub. Bu gün baş tutan oyunların hamısında qonaqlar qalib gəliblər.

Birinci divizion, 15-ci tur

22 fevral

Səbail-2 – MOİK 2:1
Qol: Aydın Ağazadə, 21. Elvin Sərkarov, 90+2 – İsa Zeynallı, 66.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”, 14:00

Kəpəz – Qaradağ Lökbatan 1:0
Qol: Emil Qasımov, 83.
Hakimlər: Cavid Cəlilov, Rəhman İmami, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu, 14:00

Sabah-2 – Keşlə-2 1:1
Qol: Mixeil Erqemlidze, 65 – Amil Yunanov, 26.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:30

23 fevral

Turan Tovuz – Zaqatala 0:1
Qol: Elşad Əliyev, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Asiman Əzizli, Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 14:00

Sumqayıt-2 – Qarabağ-2 1:2
Qol: İbrahim Əliyev, 71 – Əli Nəcəfli, 23. Seyxan Fərəcov, 46.
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30

Neftçi-2 – Qəbələ-2 0:3
Qol: Ramin Doobi, 15. Mehrac Baxşalı, 23-pen; 90+5.
Qırmızı vərəqə: Nihad Qurbanlı, 23 (Neftçi)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi”nin məşq bazası (4-cü meydança), 15:00

dd