21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya komandasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, martın 25-də Sumqayıtdakı  “Kapital Bank Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.