"Sumqayıt"ın azarkeş qrupu "Kimyaçılar" komandanın oyunlarına gəlməyəcəklərini bildiriblər.

Offsideplus.az xəbər verir ki, fan klubu "instaqram"  hesabında  bu haqda paylaşım edib. Fanatlar komandanın qeyri-stabil çıxışı səbəbindən stadiondan uzaqlaşmaq qərarına gəldiklərini vurğulayıblar.

"Diqqət! Biz "Kimyaçılar" olaraq, neçə ildi heç bir məsafə, əngəl, hava şəraiti bilmədən "Sumqayıt"ın yanında olmuşuq. Həmişə dəstək vermişik. Lakin klubun qeyri-sabit çıxışı və səhv qərarlara görə bir müddət tribunadan uzaqlaşırıq. Ola bilsin, 1 ay, ola bilsin, 1 mövsüm. İnanırıq ki, etdiyiniz səhvlərdən lazımi nəticə çıxaracaqsız".

Qeyd edək ki, "Sumqayıt"  ölkə çempionatında 15 turda topladığı 13 xalla 7-ci yerdə qərarlaşıb.

2eaf3cd4 21d4 419f ae76 ff4039391f8e