"Qarabağ"ın bir neçə gün əvvəl qripə yoluxan müdafiəçisi Qara Qarayev sağalıb.

Bu barədə Offsideplus.az-a açıqlamasında ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə məlumat verib. O, 29 yaşlı futbolçunun tam sağaldığını  və sabah keçiriləcək toplanışda iştirak edəcəyini deyib.

Xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında Qara Qarayevin hərarətinin yüksəldiyini və bu səbəbdən məşqlərə qatılmadğını bildirmişdi.

Əlavə edək ki, "köhlən atlar" fevralın 11-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Keşlə" ilə qarşılaşacaq. Ağdam təmsilçisi 6 gün sonra UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində səfərdə "Marsel"(Fransa) klubuyla üz-üzə gələcək.

Daşqın Əziz