"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Rahil Məmmədovla müqavilə bağlayıb. Müdafiəçi cari mövsümün sonunadək "Qarabağ"dan icarəyə götürülüb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan 26 yaşlı futbolçu daha əvvəl "Neftçi", "Səbail" və "Qarabağ"da çıxış edib.