"Çelsi"nin futbolçusu Hakim Ziyeş Mərakeş millisindədəki çıxışını başa vurub.

 Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunu BƏƏ-də jurnlalistlərə açıqlamasında bildirib."Milli komandaya qayıtmayacam və bu, son qərarımdır. Artıq bütün fikrimi "Çelsi"dəki karyerama yönəltmişəm".

Qeyd edək ki,Ziyeş millinin çalışdırıcısı Vahid Haliloviçlə aralarında yaşadığı mübahisə səbəbi ilə Afrika kuboku üçün yığmaya dəvət almamışdı.