"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Premyer Liqamızın 15-ci turunda "Neftçi"ni 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Maksim kubok oyununda zədələnmişdi. Mikro zədəsi var idi. Ciddiyə də almaq olar. Hər şey yaxşıya doğru gedir. Durumunun necə olduğu tam bilinəcək. Vadji dünən özünü narahat hiss etdi. Qızdırması var idi. Bu gün test etdik, neqativ çıxdı. Sadəcə dünənki halına görə bu gün risk etmədik. Qarada “Keşlə” ilə oyundan sonra pozitiv olmuşdu, hərarəti var idi. Artıq bu gündən fərdi məşqlərə başlayıb”.