"Səbail" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az "dənizçilər"in rəsmi saytına istinadən xəbər verir ki, klub "Zirə"dən ayrılan Rəşad Əzizli ilə müqavilə imzalayıb. 28 yaşlı oyunçunun sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Əzizli 2016/2017 mövsümündə "Səbail"də çıxış edib.