"Zirə" klubu Rəşad Əzizli ilə yollarını ayırıb.

Offsideplus.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Zirə" PFK Rəşad Əzizliyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayır.

Qeyd edək ki, R.Əzizli 2020-ci ilin iyulunda “Zirə”yə transfer olumuşdu. Onun klubla müqaviləsi bu ilun yayında başa çatırdı.