"Keşlə" klubu növbəti transferini gerçəkləşdirib. 

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi mövsümün sonunda "Sumqayıt"dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 Qeyd edək ki, A. Yunanov ötən mövsüm 10 qolla Topaz Premyer Liqada Baqali Dabodan (13 qol) sonra ən sərrast 2-ci futbolçu olub.(qol.az)