"Keşlə" klubu heyətinə yeni oyunçu qatır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi baxışa dəvət etdiyi ingiltərəli 26 yaşlı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə bağlayacaq.

Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:1) sonra mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda forma geyinib.