İyunun 16-da “Lvov Arena”da Ukrayna və Gürcüstan futbolunun əfsanələri arasında yoldaşlıq oyunu keçiriləcək.

Offsideplus.az xəbər verir ki, “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov da sözügedən qarşılaşmada iştirak edəcək. Ukrayna yığmasını baş məşqçi kimi meydana 2008-ci ildə “Neftçi”ni çalışdırmış Anatoli Demyanenko çıxaracaq.

Gürcüstanın veteranlardan ibarət yığmasında da Azərbaycan futbolu üçün kifayət qədər tanış sima var. “İnter”in (indiki “Keşlə”) sabiq üzvləri Aleksandr Amisulaşvili və Aleksandr İaşvili, “Simurq”un keçmiş baş məşqçisi Georgi Çixradze də əfsanələrin oyununda forma geyinəcək.