"Neftçi" klubunun kapitanı Emin Mahmudov Türkiyənin Antalya bölgəsində Polşanın "Qurnik" (Leçna) klubuna 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, bunları deyib:

"Burada yaxşı məşqlərimiz oldu, buna görə də mövsümün ikinci hissəsinə hazır olduğumuzu deyə bilərəm. Çempionatın 3 və 4-cü dövrələrini yaxşı keçirməyə çalışacağıq. İlk iki yoxlama oyunu çətin keçdi. Bu gün yaxşı oynamağa çalışdıq. Bəzi epizodlarımız alınmadı. Çempionatda daha yaxşı çıxış edəcəyik".

Mahmudov komandanın baş məşqçisi Samir Abasovun tətbiq etdiyi yeni oyun sistemi barədə də danışıb:

"Orta xətdə heç nə dəyişilməyib. Yenə də 3 nəfər çıxış edir. Bizə vaxt lazımdır. Amma indi də oyunumuz pis alınmır. Yeni futbolçular komandaya öyrəşirlər. Düzdür, bəzi epizodları tam başa düşmürlər. Amma qarşıda hələ bir həftəmiz var. Düşünürəm ki, yaxşı olacaq".