“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin müqaviləsinin müddəti açıqlanıb.  53 yaşlı italiyalı mütəxəssis 2 illik kontrakta qol çəkib.

Sözləşmənin maliyyə tərəfinə gəlincə, Offsideplus.az xəbər verir ki, öncə iddialar yayıldı ki, «Şerif»in sabiq çalışdırıcısı Bakıda 200 min avro qazanacaq.

Sonra isə məlumat çıxdı ki, yox, bu rəqəm 350 min avro civarındadı.Başqa sözlə, apenninli 2 il ərzində ölkəmizdən 700 min avro «imza parası» aparacaq. Bura nəticələrdən dolayı ödəniləcək bonuslar daxil deyil. Roberto Bordin bu postda Tərlan Əhmədovu əvəzləyib.

Bəs ondan əvvəlki baş məşqçi nə qədər pul alırdı? Ötən ilin sentyabrında Elxan Abdullayevdən boşalan vəzifəyə əyləşən Əhmədovun maaşı əvvəlcə 5000 manat təşkil edib. Bu ilin yanvarında isə onun əməkhaqqısı bir qədər qaldırılıb. Belə ki, komandaya Premyer Liqanın bürünc medallarını qazandıran təcrübəli mütəxəssis son 5 ayda 7500 manat məvacib alıb. (sportinfo.az)