"Neftçi" mövsümün əvvəlində heyətinə cəlb etdiyi argentinalı futbolçu Xorxe Korrea ilə yolları ayıra bilər.

Bu barədə ölkə mediasında xəbər yayılıb. Məsələni aydınlaşdırmaq üçün "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında yayılan informasiyanı təsdiqlədi:

"Bəli, belə bir məsələ müzakirə mövzusudur. Amma rəsmi bir şey yoxdur".

Qeyd edək ki, 28 yaşlı futbolçu zədə səbəbində bu mövsüm paytaxt klubuyla cəmi 2 matçda meydana çıxıb.

Cavid Əliyev