Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabe Verde yığması  Afrika Millətlər Kubokunun  qrup mərhələsində növbəti matçını keçirib. 

Offsideplus.az xəbər verir ki, mili komanda Kamerunla üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabıyla yekunlaşıb. 

Andrade bu matçda 90 dəqiqə meydanda  olub.

 

Qeyd edək ki, bu nəticələrdən sonra Kamerun millisi qrup mərhələsini lider kimi başa vurub və növbəti mərhələyə çıxıb. Burkina Faso seçməsi isə ikinci olub. Kabo Verde yığması isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.