Azərbaycan Birinci Divizionunda 2-ci dövrənin hazırlığını davam etdirən “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Region Liqasında mübarizə aparan “Xan Lənkəran”la qarşılaşıb.

Görüş divizion təmsilçisinin qələbəsiylə başa çatıb - 1:0. “Turan Tovuz”un yeganə qolunu İzzət Müştaqov vurub.