"Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.
 

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz  Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalayıb. Təcrübəli oyunçu komandamızda "78" nömrəli formada çıxış edəcək.
 
 Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı   yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19,  U- 21 və “A” milli komandamızın şərəfini qoruyub.