Brazilya mediasında yer alan xəbərə görə, "İnternasional"ın 20 yaşlı hücumçusu Gilyerme Pato karyerasını "Neftçi"də davam etdirə bilər.

Hətta mənbədə qeyd edilib ki, brazilya təmsilçisi "sambaçı"nın "ağ-qaralar"a keçidinə şərait yaratmaq üçün adıçəkilən oyunçunun 2022-ci ilin dekabrındək olan sözləşməsinə də xitam verəcək.

Məsələni aydınlaşdırmaq üçün sualı paytaxt klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevə ünvanladıq:

Klun rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Pato bizim maraqlandığımız futbolçulardandır. Hələ ki, rəsmi müqavilə olmadığına görə, komandaya nə vaxt gələcəyini deyə bilmərik".

Cavid Əliyev