Fabio Kannavaronun yeni iş yeri bəlli olub.

 Offsideplus.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı sabiq müdafiəçi Polşa millisinə rəhbərlik edəcək. Onunla 2 illik müqavilə bağlanacağı gözlənilir.

O, bu postda keçən ilin dekabrında istefa verən Paulu Souzanı əvəzləyəcək.

Qeyd edək ki, Kannavaronun son çalışdığı yer Çin təmsilçisi "Quançjou Everqrand" olub.