Gəncə şəhər stadionun avtomobil dayanacağı üçün olan ərazi satılıb.

 Offsideplus.az xəbər verir ki, bununla bağlı məlumatı "Kəpəz"in "Xəmsə" fanklubu sosial şəbəkə hesabında paylaşıb.

Bildirilib ki, stadionun avtomobil dayanacağı olan yer satılıb.

“Xəbəriniz olsun, Gəncə şəhər stadionunun avtomobil dayanacağı üçün təyin olunan yerlər satılıb… və deyilənə görə, yerində inşaat materialları dükanı tikiləcək. Ümid edirik aidiyyətı adamlar çıxıb cavab verəcək. Yəqin bir neçə gün əvvəl yalandan stadionun hissə-hissə təmir olunacağı haqda məlumatı “sızdıranda” bunu nəzərdə tuturdular”.

kepez stad

271724182 313413060793814 7767931480882334742 n