"Qarabağ" klubu heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə informasiyanı "Transfermarkt" portalı yayıb. Belə ki, sözügedən platformada Bolqarıstanın “Çerno More” komandasının portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade Ağdam təmsilçisinin futbolçusu kimi təqdim olunub. 

O cümlədən saytda futbolçunun 450 min avro qarşılığında "köhlən atlar"a keçdiyi qeyd edilib.

Hazırda 23 yaşlı futbolçu ilə Ağdam klubu arasında danışıqlar davam edir.

Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin “Sportinq”, “Olyanense” və “Fatima” klublarında da çıxış edib.

leandro andrade