"Sumqayıt" hücumçusu Səid Rza və yarımmüdafiəçisi Roman Hüseynovun müqavilələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Bu futbolçuların komandadan göndərilməsinin səbəbini öyrənmək üçün "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov ilə əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Səid və Romanının göndərilməsi məşqçilər heyətinin qərarı idi. Burda başqa bir səbəb yoxdur".

Qeyd edək ki, hər iki futbolçu mövsümün əvvəlində komandaya cəlb olunmuşdular.

Cavid Əliyev