Mediada yayılan məlumata görə, "Keşlə"  monteneqrolu müdafiəçisi Miyusko Boyoviç ilə yollarını ayırıb.

Bu məsələni dəqiqləşdirmək üçün komandanın mətbuat katibi Sabuhi Məmmədov ilə əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az a açıqlamasında bunları dedi: "Bununla bağlı mənə bir şey deyilməyib. Komanda bu gün toplaşır, Boyoviçlə bağlı hər hansı bir dəyişiklik olarsa, məlumat veriləcək.Legionerlər isə bu gün və ya qarşıdakı günlərdə komandaya qoşulacaq".

Cavid Əliyev