“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan milli komandasının üzvü Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb. 27 yaşlı müdafiəçi “ağ-qaralar”ın heyətində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) klublarında çıxış edib.