Bu gün AFFA İntizam Komitəsinin 2021-ci ildə son iclası keçirilib.

Offsideplus.az-ın məlumatına görə, qurum 1-ci divizionun 13-cü turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarları verib:

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. Klubunun 13 nömrəli futbolçusu Aleksandr Şemonayev oyunun 58-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. Matç bitdikdən sonra “Zaqatala” klubunun 55 nömrəli futbolçusu Elcan Şirinov təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır klub 160 manat cərimə olunur.

“Neftçi-2” klubunun 45 nömrəli futbolçusu İnqilab Ələkbərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.

“Zirə-2” – “Turan Tovuz” oyununda polis nümayəndəsinin təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

“Sabah-2” – “Kəpəz” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Qəbələ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 98 nömrəli futbolçusu Emil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.