Ötən mövsüm “Səbail”də vurduğu qollarla milli komandaya kimi yüksələn Amil Yunanov bu il ümidləri doğrultmur.

Offsideplus.az-ın məlumatına görə, 28 yaşlı futbolçu 14 tur ərzində 6 matçda cəmi 136 dəqiqə meydanda olub. Bu zaman müddətində 1 qol vura bilib. Görünən odur ki, Sənan Qurbanov forvarda güvənmir. Amil Yunanov bu məqamda “Keşlə”dən ayrılmaq istəyir? Onunla maraqlanan hansısa klublar var? Təcrübəli forvard suallarımızı belə cavabladı:

“Hansısa klubdan təklif almamışam. “Keşlə”dən ayrılmağı düşünmürəm. Hər şey qaydasındadı. Düşünürəm ki, qışdan sonra daha çox şans əldə edəcəm”.

CAHANDAR