Bu gün "Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin mətbuat konfransı keçirilir.

Offsideplus.az xəbər verir ki, İtaliyalı mütəxəssis yeni komandası ilə bağlı bunları deyib:

" Hamınızı salamlayıram. İlk növbədə mən "Neftçi" klubunun prezidentinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bundan başqa İtaliyada olan menecerlərimə də təşəkkür edirəm. Kamran quliyev dediyi kimi, gələn mövsüm bizim üçün çətin olacaq. Amma, bunu da qeyd etmək lazımdır ki, "Neftçi" Azərbaycanın ən tarixi və titullu klubudur. Mən ümüd edirəm ki, biz bu mövsümə yaxşı başlıyacayıq."