İngiltərəli futbolçu Steven Kaulker bundan sonra Sierra Leone yığmasının şərəfini qoruyacaq.

Offsideplus.az "BBC"yə istinadən xəbər verir ki, sözügedən ölkənin Futbol Federasiyasının Prezidenti Tomas Dadi FİFA tərəfindən 29 yaşlı oyunçunun yığmadakı çıxışına icaza verildiyini bildirib.

Kaulker matçda da İngiltərə millininin formasını geyinib.

Qeyd edək ki, Kaulker  karyerası ərzində "Tottenhem", "Liverpul" kimi önəmli klubların şərəfini qoruyub. O, hazırda Türkiyə təmsilçisi  "Qaziantep"də çıxış edir.