"Azərbaycan kubokundakı qələbə mənim ilk kubokum deyil.

Azərbaycan mənim üçün yeni futbol və yanaşmanın olduğu ölkədir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Footballhub"a açıqlamasında deyib.

O, 5 ay ərzində çox şey əldə etdiyini vurğulayıb:

"Azərbaycanda tam fərqli mentalitet var. Burda futbolçulara istirahət etmək, gəzmək imkanı veririk. Ancaq orada hər şey rejimlədir".

Ukraynalı mütəxəssis deyib ki, AFFA çempionatın 5 komandasını maliyyələşdirir: "Digər 3 klubun isə öz prezidenti var”.