"Keşlə" klubunun qapıçısı Stanislav Namaşko zədələnib.

Offsideplus.az xəbər verir ki, o, səfərdə "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqanın 14-cü tur oyununda (1:3) ayağından xəsarət alıb.

Əzələsi dartılan qapıçı 68-ci dəqiqədə Kamal Bayramovla əvəzlənib.