“Qarabağ” klubu Rüstəm Əhmədzadənin transferini rəsman açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə bu keçidi elan edib. 20 yaşlı hücumçu ilə 2026-cı ilin iyunun 30-na qədər müqavilə bağlanılıb. O, yeni komandasında 97 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, son klubu Ukrayna “Minay”ı olan 21 yaşlı futbolçu millimizdə 5 oyuna çıxıb.

rustem ehmedzade 1