İsveçrənin Nyon şəhərində 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan yığmasının də rəqibləri də müəyyənləşib.

Millimiz Millətlər Liqası formatında keçiriləcək seçmə mərhələ oyunlarında 1-ci qrupda Şimali İrlandiya, Farer adaları və Malta komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 6 - 12 apreldə olacaq. Qrup oyunlarına ev sahibliyi edəcək ölkənin adı daha sonra açıqlanacaq.