"Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Səbail"lə heç-heçə etdikləri matçdan (2:2) sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Qol imkanlarımız da oldu. Qarşıda iki matçımız qalıb. İlin son çempionat və kubok görüşümüz olacaq. Rəhman Hacıyevlə söhbətimiz oldu. Gedəcəyi haqda klubla danışmalı idi. Ola bilər üzüntülü halda belə açıqlama verib. Ona iradımızı bildirdik. Anatole Abanqın epizoduna yenidən baxmaq lazımdır. Matçın əvvəlində belə sarı vərəqə verilməyə də bilərdi. O, birbaşa qırmızı vərəqə alsaydı, cəzalandırardıq. Amma oyun epizodunda aqresivliyə görə sarı vərəqələr aldı. Sarı vərəqələri çıxmaq şərtilə hakimlər görüşü pis idarə etmədi”.