“Səbail" klubunun məşqçisi Vüqar Məmməd Premyer Liqanın 13-cü turunda "Keşlə" ilə heç-heçə etdikləri oyun (2:2) barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, matçdan sonra bunları deyib:

“Çox ağır keçdi. Hər oyuna itkilərlə çıxırıq. Zədəli və cəzalı oyunçularımız olur. Sonadək oynadıq. Hər matç çətin olur. Qələbəyə bərabər heç-heçə idi. Sistemi və bir neçə futbolçunu dəyişdik. Faydası da oldu”.