"Qarabağ" klubunun bugünkü məşqində maraqlı anlar yaşanıb.

Offsieplus.az xəbər verir ki, Ağdam təmsilçisinin oyunçuları topu yerə düşməyə qoymadan 100 ötürmə ediblər. Topsuz qalan Patrik Andrade olub.

Xatırladaq ki, "Qarabağ" 4 dekabrda Premyer Liqamızın 13-cü turu çərçivəsində "Sabah"ı qəbul edəcək.