DÇ-2018-ə hazırlaşan Argentina yığması İsraillə yoxlama oyunundan imtina edib.

Offsideplus.az xəbər verir ki, oyunun Qüdsdə keçirilməsi planlaşdırılırdı. 

Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub azarkeşlərə müraciət edərək bildirmişdi ki, Argentina İsraillə yoldaşlıq oyunu keçirsə, Lionel Messinin formalarını yandırsınlar. Həmçinin, Barselonada məskunlaşan Argentina yığmasının bazası önündə bir qrup fanat etiraz aksiyası keçirmişdi. Fanatlar da İsraillə oyundan imtina olunmasını tələb edirdilər.

Argentinanın məşqçilər korpusu mümkün insidentdən qorunmaq üçün Qüdsə getməkdən imtina edib.