“Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik".

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bakıda Monteneqroya qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında səsləndirib.

Mütəxəssis 5 məğlubiyyətdən sonra qazanılan ilk qələbəni belə şərh edib: "Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.