“Neftçi” klubunun yarımmüdafiəçisi Yusuf Lavalın sərbəstqalma məbləği 1 milyon dollardır.

Offsideplus.az xəbər verir ki, bu barədə nigeriyalı futbolçunun meneceri Aykut Çuldan açıqlamasında məlumat verib. O, bildirib ki, Lavalı transfer etmək istəyən klub bu məbləği paytaxt klubuna ödədikdən sonra onu heyətinə cəlb edə bilər.

Mətbuatda yayılan xəbərlərə görə, Lavalın xidmətində ən çox maraqlı olan klub “Qarabağ”dır.

Mənbə: sportlife.az