Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun bütün oyunları, o cümlədən, Birinci Divizionun 10-cu turu çərçivəsində sabah keçiriləcək 3 matç 1 dəqiqəlik sükutla başlayacaq.

Bunu Offsideplus.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib. Qurum rəsmisi bu gün Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində həyatını itirən 14 hərbçimizin əziz xatirəsinə görə bu addımı atacaqlarını bildirib.

Xatırladaq ki, Premyer Liqamızın 13-cü turu dekabrn 4-də start götürəcək.

Allah şəhid olan hərbçilərimizə rəhmət etsin!