“İlk yarıdakı oyunumza təəccübləndim, futbolçulara yaraşmayan oyun var idi".

Offsideplus.az xəbər verir ki, bu sözləri  Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a ( 2:1) hesablı məğlub olan "Keçlə"nin baş məşqiçisi Sənan Qurbanov deytib. 

Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının oyunu haqda fikirlərini bildirib: "İlk hissədə rəqibin qol şansları oldu. İlk hissədən sonra futbolçulara ciddi tapşırıq verdik ki, meydanda qaçsınlar. Bir qol vura bilsək də, məğlubiyyətdən yaxa qurtara bilmədik. Qaçmamaq bizə problem yaşatdıı. Çalışacayam ki, səbəbini tapaq. Deyə bilmərəm ki , futbolçular bilə-bilə  belə etdilər. Səbəbi mənə də maraqlıdır. Bunu oyunun təkrarını baxdıqdan sonra qərarlaşdıracayıq”.

Mütəxəssis əlavə edib ki, vəziyyətdən çıxmaq üçün döyüşkən  ruhlu olmalıdırlar: “Vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də, komandada lider yoxdur. Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamalarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm. Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də üzərimizə düşür”. (Report)