Ölkə çempionatında  11-ci turunun oyunları keçirilir.

Offsideplus.az  xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Zirə" evdə "Səbail"i qəbul edb. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Bu nəticələrdən sonra "Zirə" "Neftçi"ni keçərəcək turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 11-ci tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

20 noyabr (şənbə)
 
16:00. “Zirə” – “Səbail” 3:1

Qol: Qismət Alıyev, 23. Davit Volkov, 47, Loris Broqno, 74/ Rauf Əliyev, 87 (p).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

 
18:15. “Neftçi” – “Sabah” 1:2

Qol: Ramon Maçado, 33, Coy-Lens Mikels, 53, 69
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena

21 noyabr (bazar)
 
16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Qəbələ şəhər stadionu

19 noyabr (cümə)
 
19:00. “Qarabağ” – “Keşlə” - 1:0

Qol: Ramil Şeydayev, 49
Hakimlər
: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Azersun Arena