“Maraqlı və yaradıcı oyun alındı. Hər iki komanda topa nəzarət etmək istəyirdi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov deyib. 

Rəşad Sadıqov 80-ci dəqiqədə rəqibin lehinə verilən penalti qərarına münasibət bildirməyib:

“Penalti anı və digər epizodlarla bağlı geniş şərh vermək istəmirəm. Komandam görmək istədiklərimi meydanda reallaşdırdı. Mənim üçün nəticə ikinci plandadı”.

36 yaşlı çalışdırıcı Qazaxıstan futbolu barədə müsbət fikirlər səsləndirib:

“Qazaxıstanın yaxşı kollektivi var. Qazaxıstan futbolu inkişafdadı. “Astana”nın uğurları bunu sübut edir. Məncə, doğru yoldasınız”.

U-21-in baş məşqçisi “Astana”nın “sükanı arxası”na keçən “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk barədə də danışıb. O, ukraynalı mütəxəssisin ünvanına tərif deyib:

“Maraqlı insan, yaxşı məşqçidi. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka “Astana”da uğurlar arzulayıram”. (apasport)