"Keşlə"nin növbəti mövsümdən Şamaxıya köçürüləcəyinə qərar verilməsinin ardınca daha bir paytaxt klubu haqda iddia ortaya çıxıb.

Belə ki, "Sabah" komandasının 2 il sonra "Şuşa" olaraq elitada mübarizə aparacağı bildirilir. Məsələ ilə bağlı "tələbələr"in mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında hazırda onlarda belə bir informasiyanın olmadığını qeyd etdi: "Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, hazırda bu məsələ gündəmimizdə deyil. Gələcəkdə hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bildirək ki, bu barədə xəbəri ilk olaraq sportinfo.az saytı yayıb.