U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çemppionatının seçmə mərhələsində Norveçə uduzduqları oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.