“Keşlə”nin baş məşqçisi Yuri Maksimov klubla başa çatan müqaviləsinin müddətini uzatmağa hazırdır.

Offsideplus.az xəbər verir ki, bu haqda o, Ukraynanın “ua-football” saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, “Keşlə” rəhbərliyi onunla müqaviləni uzatmaq istəyir:

“Bununla bağlı təklif olub. Mən ilkin razılığımı vermişəm. Amma bir şərtlə ki, komandada son mövsümdə oynamış futbolçular klubda qalmalıdırlar. Və bəlkə də heyətin müəyyən güclənməsi də lazımdır”. 

Y.Maksimov bildirib ki, iyunun 20-də Bakıya qayıdacaq:

“Bundan sonra hər şey qətiləşəcək”.

Xatırladaq ki, Yuri Maksimovun rəhbərliyi altında “Keşlə” son mövsüm Azərbaycan kubokunun qalibi olub.