"Zirə"nin hücumçusu Davit Volkov Gürcüstan millisində ilk qoluna imza artıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı forvard Özbəkistanla hazırda keçirilən yoldaşlıq matçında fərqlənib.

 

Adı çəkilən futbolçu oyunun 41-ci dəqiqəsində hesabı açıb. Onun millidə debütü DÇ-2022-nin seçmə mərhələsində İsveç yığması ilə matçda olmuşdu.

Qeyd edək ki, David Volkov 2020-ci ildən "Zirə"də çıxış edir. O, daha əvvəl "Qəbələ"də oynayıb.