Mövsümün ən yaxşı futbolçularından biri olan Cavid İmamverdiyev hələ də "Sumqayıt"dadır.

Tural Axundov getdi,  Amil Yunanov getdi, Vüqar Bəybalayev, Rəşad Eyyubov da getdi. Getməyə əsas namizəd olan İmamverdiyev isə hələ də qalıb.

Offsideplus.az xəbər verir ki, Cavidin yenilənmiş və zəifləmiş "Sumqayıt"da qalacağı inandırıcı deyil.

Sadəcə, Riad Rəfiyevin onunla bağlı xüsusi planı var. Klub prezidenti öz futbolçusunu yaxşı qiymətə satmaq niyyətindədir. Lakin tələsik qərar vermək istəmir. Amma böyük ehtimalla satacaq. Onu da deyək ki, Hazırda "Qarabağ", "Qəbələ" və "Neftçi" kimi klublar Cavidin xidmətində maraqlıdır. (rekord.az)